Sərəncamlar
Qazax rayonu İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 9-21/07 31 yanvar 2018-ci il
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Qazax rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.15.6-cı bəndinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 19.10.2017-ci il tarixli 03/03-03-543-5107 nömrəli məktubuna uyğun olaraq
QƏRARA ALIRAM:
1. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Qazax rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” təsdiq edilsin (siyahı əlavə olunur).
2. Qazax rayon İcra Hakimiyyəti başçısı aparatının Aparatın İnformasiya təminatı və təhlili sektorunun müdiri Azad Hümbətova tapşırılsın ki, rayon(şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Qazax rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının rayon İcra Hakimiyyətinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Sərəncamın icrasına nəzarət RİHB-nın birinci müavini Məmməd Alıyevə həvalə edilsin.
Rəcəb Babaşov
Qazax rayon İcra Hakimiyyəti başçısının 9-21/07 saylı, 31 yanvar 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Qazax rayon İcra Hakimiyyəti adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərlərin
Siyahısı
1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190 və 251.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri.
` 2. İnzibati xətalar məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri.
3. İnzibati xətalar məcəlləsinin 413 və 451-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar.
4. İnzibati xətalar məcəlləsinin 516-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri.
5. İnzibati xətalar məcəlləsinin 527,530 və 532-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri, rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri və rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələr üzrə nümayəndələri.
Qazax rayonu İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 9-21/114 25 iyun 2019-cu il
Qazax rayonu İcra hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən İnzibati komissiyanın tərkibində qismən dəyişiklik edilməsinə dair
Qazax rayonu İcra hakimiyyəti başçısı aparatının yanında yanında fəaliyyət göstərən İnzibati komissiyanın tərkibində qismən dəyişiklik edilərək aşağıdakı tərtibatda təsdiq olunsun.
Komissiyanın sədri:
Məmməd Alıyev - RİHB-nın birinci müavini
Komissiyanın katibi:
Bahadur İbrahimov - RİHB aparatında aparıcı məsləhətçi
Komissiyanın üzvləri:
Adil Vəliyev - RİHB aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
İlyaz İsmayılov - RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Fərhad İsgəndərov - RİHB aparatında Memarlıq və tikinti şöbəsinin müdiri
Səba Paşayeva - RİHB aparatında Hüquq şöbəsinin müdir əvəzi
Akif Vəliyev - RİHB-nın Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Tofiq Orucov - Qazax şəhər bələdiyyəsinin sədri
Vüsal Sadıqov - Rayon Polis şöbəsində PPX bölüyünün komandiri
Azər Məhərrəmov - Rayon Mənzil İstismar Sahəsinin rəisi
Səadət Nazarova - Rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin direktor əvəzi
Arif Heydərov - Qazax Kommunal Müəssisələri Kombinatının direktor əvəzi
Rəcəb Babaşov