Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Etik davranış məsələləri ilə bağlı
2021-ci ildə görülən işlər haqqında
Məlumat

 

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə 2021-ci il ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında və rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində bir sıra işlər görülmüşdür.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” 31 may 2007-ci il tarixli     352 III Q nömrəli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçilərinin iştirakı ilə rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində müvafiq tədbirlər həyata keçirilmiş, Dövlət qulluqçularının etik davranış qaydaları haqqında ətraflı söhbətlər aparılmışdır.
Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında pandemiya qaydalarına uyğun olaraq RİH aparatının məsul əməkdaşlarının, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə 23.06.2021-ci il tarixdə Dövlət qulluqçularının peşə bayramı,  dövlət qulluğu sahəsində aparılmış islahatlar, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirlər, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması və digər məsələlərlə bağlı tədbir, 15.11.2021-ci il tarixdə Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə həyata keçirilən kompleks tədbirlərə dair müşavirə keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İsmayılov İlyaz Hümbət oğlu "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
2021-ci il ərzində xidməti vəzifələrinə laqeyd münasibət göstərdiklərinə, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsində nöqsanlara yol verdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti  başçısının aparatında Hüquq şöbəsinin müdiri vəzifəsini  icra edən Ülviyyə Orucovaya, Qazax Rayon İcra Hakimiyyəti  başçısının aparatında İnformasiya Təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Həsən Yusifova xəbərdarlıq, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevə, Qazax Rayon İcra Hakimiyyəti  başçısının aparatında aparıcı məsləhətçi- Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu  Kəmalə Cəfərovaya, Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Elçin Ballayevə, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Hüseynbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Nuruyevə, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Eyvazova, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Aşağı Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Vəliyevə, Qazax Rayon İcra Hakimiyyəti  başçısının İkinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Qədimova, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Əsədova, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyevə, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Yuxarı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsib Şəmşiyevə, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Vüqar Abdullayevə, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Aslanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məhəmməd Pirməmmədova, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Kəmərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səməd Orucova şiddətli töhmət, Qazax Rayon İcra Hakimiyyəti  başçısının Barxudarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yasin Hacıyevə töhmət elan edilmişdir.

Keçidlər