Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Qazax rayonunda Ümummilli Liderin adına 4 hektar sahəni əhatə edən park salınmış, parkda Heydər Əliyevin abidəsi ucaldılmış, 2 ədəd fəvvarə quraşdırılmış və süni göl yaradılmışdır. Parkın ərazisində yerləşən “Heydər Əliyev Mərkəzi” inşa olunmuşdur. “Uşaq əyləncə” mərkəzi  və süni gölün ikinci pilləsi tikilmişdir. Parkın ərazisində yaradılmış süni gölün içərisində işıqlandırma sistemi ilə təchiz edilmiş yeni fəvvarə kompleksi quraşdırılmışdır.
“Ədəbiyyat Muzeyi”, "Tarix-Diyarşünaslıq" muzeyi, “Dədə Qorqud abidə kompleksi”, “Dilboz at abidə kompleksi”, “Ana və Uşaq” parkı, “Səməd Vurğun adına park”, “İsmayıl Şıxlı adına park” və heykəli, Mehdi Hüseynin heykəli ucaldırlmış, rayonun girişində 22 metr hündürlüyündə rayonun ünvanını bildirən Abidə və Fərrux Ağa Qayıbovun xatirəsinə Təyyarə abidəsi ucaldılmış, şəhərin qərbdən giriş hissəsində Dövlət Bayrağı Meydanı,  şəhərin girişində 2 ədəd qala divarı və dairəvi yolda qüllə inşa edilmişdir. Şəhərin mərkəzində 3 hektar sahəsi olan “Fəxri Qazaxlılar” parkı tamamilə yenidən qurulmuş, parkın ərazisində olan büstlər və heykəllər  postamentləri ilə birlikdə bərpa olunmuş, “Qazax Dövlət Rəsm Qalereyası”, “S.Vurğun Poeziya evi”ndə və “Şəhidlər Xiyabanı” abidə kompleksində yenidənqurma və əsaslı təmir  işləri aparılmışdır.
“Olimpiya İdman Kompleksi”, “Müalicə Diaqnostika Mərkəzi”, “Gənclər Mərkəzi”,  “Şahmat  Məktəbi”, “Uşaq Əylənəc Mərkəzi”, YAP Qazax rayon təşkilatının, Qazax rayon Kənd Təsərrüfatı idarəsinin, MTN rayon şöbəsinin, Qazax Rayon Polis şöbəsinin, DSMF Qazax rayon şöbəsinin, Qazax rayon Baytarlıq idarəsinin, Baytarlıq Diaqnostik kabinetinin, Rayon Maliyyə idarəsinin, Ərazi vergilər idarəsinin terminalı, ”Xalq”, “Turan” və “Zamin” bankın Qazax filialllarının inzibati binaları tikilib istifadəyə verilmişdir.
İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan “HGG GROUP” MMC-nin ikinci hissəsi, illik gücü 5 min ton olan  “Qazax Konserv zavodu”, illik gücü 110 min ton olan “AzRosPromİnvest” birgə istehsal müəssisəsi, "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC, “İmperial” meyvə-tərəvəz müəssisəsi, “Şahnigar” şərab zavodu, “Azərxalça” ASC-nin Qazax filialı, “Naxış” xalçaçılıq müəssisəsi, ildə 100 min ton qarışıq yem istehsal edən “Aqro Lider-A” MMC, 2 min tonluq meyvə-tərəvəz saxlama kamerası, Çaylı kəndində 3 min tonluq taxıl tədarükü və saxlama anbarının, əlavə olaraq həmin kənddə 250 tonluq saxlama kamerası, 5 min ton taxıl elevatoru olan yem istehsalı zavodu tikilmişdir.
110/35/6 kv-luq Daş Salahlı yarımstansiyası tikilb istifadəyə verilmiş, 35/10 Qazax-1 yarımstansiyası tamamilə yenidən qurulmuşdur.  
“Qazax-Sınıq körpü” ipək yolu və “Sınıq körpü Gömrük buraxılış məntəqəsi”nin müasir  inzibati binası tikilmiş, məntəqənin ətrafında yenidənqurma işləri aparılmış, yeni işqlınadırma sistemi qurulmuş, Qazax-Gürcüstan beynəlxalq avtomobil yolunun ətrafında müasir tələblərə uyğun abadlıq və quruculuq işləri aparılmış, 1347 metr uzunluğunda milli memarlıq üslubunda yeni hasar, “Qala” bürcləri tikilmiş  və Dövlət bayrağı  quraşdırılmışdır.
Ümumi uzunluğu 7 km olan 2 kəndi magistral avtomobil yolu ilə birləşdirən Qazaxbəyli-Aşağı Salahlı, uzunluğu 23 km olan 3 sərhəd kəndini magistral avtomobil yolu ilə birləşdirən Yuxarı Salahlı-Kəmərli, uzunluğu 27 km olan 15 yaşayış məntəqəsini  rayon mərkəzi ilə birləşdirən strateji əhəmiyyətə malik Qazax – Quşçu Ayrım, uzunluğu 10 km olan 2 kəndi rayon mərkəzi ilə birləşdirən Qazax-Kosalar, uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli, uzunluğu 2,65 km olan Kommuna kəndini Qazax-Quşçu Ayrım avtomobil yolu ilə birləşdirən və uzunluğu 6,5 km olan Bakı-Tbilisi abtomobil yolunu Qazax-Əskipara yolu ilə birləşdirən, Çaylı kəndinin içərisindən keçən avtomobil yolları, Qazax şəhərindən və İkinci Şıxlı kəndi ərazisindən keçən çayların üzərində 3 körpü tikilib istifadəyə verilmişdir.
Rayonda 7080 şagirdyerlik 25 yeni məktəb,  o cümlədən Heydər Əliyev Fondunun xətti ilə 1100 şagird yerlik  4 məktəb, Dövlət Proqramına uyğun olaraq rayonda 4280 şagird yerlik 14 məktəb binası tikilmişdir.  Rayon üzrə 7442 şagirdyerlik 14 məktəb binasında əsaslı təmir işləri aparılmışdır.
Rayonda 4 körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmiş, 7 körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Qazax şəhər 2, 3, 4 və 6 saylı körpələr evi uşaq baxçalarında müasir isitmə sistemləri qurulub istifadəyə verilmişdir.
Alpout, Xanlıqlar, Cəfərli və Daş Salahlı kəndlərində yeni həkim, Bala Cəfərli, Quşçu Ayrım və Abbasbəyli kəndlərində tibb məntəqələri tikilib istifadəyə verilmişdir.
   Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbə, Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün 2 ədəd 16 mənzilli və 1 ədəd 24 mənzilli, 25 ədəd fərdi yaşayış evi,  Konserv zavodunun ərazisində məskunlaşmış məcburi köçkün ailələri  və Azadlıq küçəsi 108 ünvanda qəza vəziyyətində olan kommunal binanın sakinləri üçün  2 ədəd 24 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Bundan başqa şəhər ərazisində 78 ədəd çoxmənzilli binlarda əsalsı təmir işləri aparılmışdır. 
“Beynəlxalq bank” və “Dəmir bank” Qazax filiallarında, “Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağı, “Azərpoçt” MMC-nin Qazax Poçt filialı, “Acces bank”, “Turan bank”,”Kapital bank” Qazax filiallarının  və şəhərin Heydər Əliyev prospekti  boyunca fəaliyyət göstərən  ticarət və xidmət məssisələrinin binalarında əsaslı təmir işləri  aparılmışdır.
Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq və Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermaları tikilib istifadəyə verilmiş, lizinq yolu ilə gətirilmiş 75 baş cins mal-qaranın sayının 100 baş artırılması məqsədilə Qaymaqlı kəndində fəaliyyət göstərən fermada genişləndirmə işləri  aparılmışdır. Rayon ərazisində hər birinin sahəsi  1 hektar olan tərəvəzlərin yetişdirilməsi məqsədilə 3 yeni istixana kompleksi tikilərək istifadəyə verilmişdir.
Əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədilə Qazaxbəyli kəndində d-160 mm-lik 1170 metr uzunluğunda, Ürkməzli kəndində 2 km uzunluğunda, Dəmirçilər kəndində 1 km uzunluğunda, Aslanbəyli kəndində 350 metr uzunluğunda,  Alpout kəndində isə 700 metr uzunluğunda içməli su xətti çəkilmişdir. Ürkməzli kəndində 1 ədəd 20 tonluq, 1 ədəd 16 tonluq su çəni və bir ədəd su nasosu, Aslanbəyli kəndində 1 ədəd 5 tonluq, Alpout kəndində isə  1 ədəd 25 tonluq su çəni quraşdırılmışdır. Xanlıqlar, Ağköynək və Qarapapaq kəndlərinə də içməli su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir. Çaylı və Kommuna kəndlərindən olan şəhidlərin xatirəsinə Çaylı və Kommuna kəndlərini içməli su ilə təmin edən kəhriz quyularında “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına dəstək ictimai birliyi tərəfindən 13 tonluq su hovuzu tikilmişdir. Daş Salahlı kəndində 4500 m uzunluğunda,  Qazaxbəyli və Orta Salahlı kəndlərində hər birində 5 000 m uzunluğunda yeni su xətti çəkilmiş, 22 ədəd bulaq tikilmiş və 32 ədəd su krantları quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.   Bundan əlavə Qazaxbəyli kəndində  ümumi tutumu 60,5 m3  olan 2 ədəd su çəni quraşdırılmışdır.
Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılmışdır. Suvarma suyunda itkilərin azaldılması məqsədilə 274,26 km uzunluğunda suvarma arxları təmizlənmişdir.
Rayon üzrə ümumilikdə 39 yeni subartezian quyusu  qazılmışdır.

   2017-cı ildə Qazax rayonunda aşağıdakı işlər görülmüşdür:
  Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24  ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərini nəzərə alaraq əlavə 20 ədəd çoxmənzilli binalarda təmir işləri aparılmışdır. Cəmi 24 binaya qarşı 44 binada təmir işləri aparılmışdır.
Bundan əlavə Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılmışdır. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunmuşdur.
Qazax şəhərinin mərkəzində yerləşən “Ədəbiyyat Muzeyi”ndə əsaslı təmir işləri aparılmış, binanın daxilində yenidənqurma işləri görülərək ekspozisiya bölmələri yaradılmışdır. Muzey bütün avadanlıqlarla təmin edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən muzeyə 2 ədəd böyük ölçülü kondisioner alınmışdır.
Məhəmmədəli Pəhləvan adına güləş zalı və Qazax rayon Gənclər Mərkəzi  əsaslı təmir olunmuşdur.
Abbasbəyli kəndində 20 şagird yerlik modul tipli yeni ibtidai məktəb binası tikilmiş, Qazax şəhər Mehdi Hüseyn adına məktəb-liseydə təmir işləri aparılmışdır.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində  100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikilərək istifadəyə verilmişdir. 2017-ci ilin oktyabr ayında əlavə 2 qrupun, 2018-ci ilin yanvar ayında isə əlavə 6 qrupun açılmasına nail olunmuşdur. Bundan əlavə “HGC GROUP” MMC tərəfindən Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri  aparılıraraq istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar və Cəfərli kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, müasir tələblərə uyğun inventar və avadanlıqlarla təchiz olunaraq uşaqların istifadəsinə verilmişdir.
Qazax şəhərində 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçalarında  kombi sistemi quraşdırılaraq istiliklə təchiz olunmuş, bütün bağça işçiləri xüsusi geyimlə təmin olunmuşlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir. 
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə TÜRKKIZILAYI-nın əməkdaşlığı sayəsində Abbasbəyli kəndində sahəsi 40 m2 olan 2 otaqlı tibb məntəqəsi tikilərək istifadəyə verilmişdir.
Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri aparılmış, fəvvarə kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, bardürlar düzülmüş, yeni işıqlandırma sistemi qurulmuş,  yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Bu işlərin davamı olaraq Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qarşısında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənmiş, bardür düzülmüş, işıq sistemi quraşdırılmış və yaşıllıqlar salınmışdır. Şəhidlərin abidə kompleksi tamamilə yenidən qurulmuş, 7 Milli qəhrəman və 278 nəfər Şəhidin şəklinin həkk olunduğu lövhələr vurulmuşdur.
Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.
Qazax şəhəri H.Əliyev prospektində və digər küçələrdə  3890 p/m uzunluğunda yeni bardür düzülmüşdür.
“Heydər Əliyev” mərkəzinin dam örtüyü, pilləkan qəfəsinin üst hissəsi və binanın daxilində təmir işləri aparılmışdır.
Qazax şəhərinin girişində, Ağstafa rayonu ilə sərhəddə yenidənqurma və abadlıq işləri başa çatdırılmış, əvvəl qoyulmuş “At heykəli” götürülərək yeni daha əzəmətli “At heykəli” qoyulmuşdur.
Qazax şəhəri ərazisində hərbi şəhərcikdə Şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilmişdir. 6 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına və Cümə məscidinin qabağında Vəfa Dəmirçioğlunun adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir.
“Azərxalça”ASC tərəfindən Qazax şəhərində 161 iş yerlik Xalça müəssisəsi tikilərək istifadəyə verilmişdir.
İkinci Şıxlı kəndində “Sınıq Körpü” Gömrük keçid məntəqəsində yenidənqurma və abadlıq işləri aparılmış, yeni işıqlanma sistemi qurulmuş, ağaclar və gül kolları əkilmişdir.
Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun poeziya evində əsaslı təmir işləri aparılmışdır.
“Azəravtoyol” ASC tərəfindən uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli, uzunluğu  2,65 km olan Kommuna kəndini Qazax-Quşçu Ayrım avtomobil yolu ilə birləşdirən və uzunluğu 6,5 km olan  Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, Çaylı kəndinin içərisindən keçən, avtomobil yolları tikilərək istifadəyə verilmişdir. 2017-ci il ərzində cəmi 11,65 km avtomobil yolu tikilmişdir. 
Hazırda uzunluğu 7 km olan  strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisi sürətlə davam etdirilir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
“Mina təhlükəsizliyi” ilə bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentleyi (ANAMA) tərəfindən rayonumuzda 2017-ci il ərzində 6 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilmişdir.
Çaylı kəndindəki şəhidlər xiyabanında da əsaslı təmir işləri aparılmışıdır. Çaylı və Kommuna kəndlərindən olan şəhidlərin xatirəsinə Çaylı və Kommuna kəndlərini içməli su ilə təmin edən kəhriz quyularında “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına dəstək ictimai birliyi tərəfindən 13 tonluq hovuz tikilmişdir.
Daş Salahlı kəndinin  abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq  və abadlıq işlərinə başlanılmışdır. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir işləri aparılmış və abidənin ətrafında yeni park salınmışdır. Əsas küçədə 1200 metr asfalt çəkilmişdir.
İllik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində Əhəng zavodunun tikintisi başa çatmışdır. Yaxın zamanlarda istifadəyə veriləcəkdir.  Həmin zavodda 350 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
“Carçıoğlu GROUP" MMC tərəfindən Xanlıqlar kəndində illik istehsal gücü 50 min ton olan  Əhəng zavodunun və illik istehsal gücü 9600 ton olan  Elektrod istehsalı zavodunun tikintisi davam etdirilir. Bu zavodlar fəaliyyətə başlayanda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
“HGC GROUP” MMC tərəfindən “Nəqliyyat” bölməsinin tikintisinə başlanılmış, işlər sürətlə davam etdirilir. İşlər başa çatdıqdan sonra daha  230-250 nəfər işlə təmin olunacaqdır.
“İnvestel GROUP” MMC tərəfindən Xram çayı üzərində 3 pilləli nasos stansiyası inşa edilir, cəmiyyət tərəfindən əkin sahələrinin suvarılması üçün 13,5 km uzunluğunda su xətti çəkilmişdir. Bundan əlavə, Xram çayı sahilində su qəbuledici qurğu tikilmişdir. Sahələrdə hər birinin tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa olunmuşdur. 1100 hektar sahənin suvarılması üçün damlama və çiləmə sistemləri quraşdırılacaqdır.  MMC ümumi sahəsi 1600 kvadratmetr olan böyük quru anbar inşa etmişdir ki, burada istehsal edilən məhsullar və gübrələr saxlanılır. Sahəsi 2200 kvadratmetr olan soyuducu kamera, tikinti altı sahəsi 462 kvadratmetr olan 2 mərtəbəli inzibati binanın tikintisi sürətlə davam edir. Ümumi suvarma işlərinin həyata keçirilməsində avadanlıqların fəaliyyəti məqəsdilə və eyni zamanda quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilişi tam başa çatdırılmışdır. Texnikaların saxlanılması aqroparkı yaradılacaqdır.
2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Çaylı kəndində 3 ədəd, Daş Salahlı kəndində 3 ədəd, Orta Salahlı, Xanlıqlar, Kosalar və Canalı kəndlərinin hər birində 1 ədəd, cəmi  10 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. 2017-ci ildə qazıntısı nəzərdə tutulmuş Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd olmaqla 6 ədəd subartezian quyusunun qazıntısı işləri yekunlaşmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. İl ərzində rayonda cəmi 16 ədəd subartezian quyusu qazılmışdır.

Keçidlər