Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda iftar süfrəsi açılmışdır

18 iyun 2017 | 16:00

Qazaxda hər bayram və əziz günlərdə rayonda olan bütün şəhid ailələri rayon rəhbərliyi tərəfindən anılır, onlara maddi və mənəvi yardımlar göstərilir. Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhuna ehtiram göstərərək onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Onu da qeyd edək ki, artıq bu, Qazaxda ənənə şəklini alıb. Bütün bayram və əziz günlərdə olduğu kimi Ramazan bayramı ərəfəsində də şəhid ailələri unudulmayıb, onlar üçün iftar süfrəsi açılıb. İftar Süfrəsi  Qafqaz Müsəlmanları idarəsinin bölgə qazisi, Qazax Cümə Məscidinin axundu İlham Süleymanovun bayram duaları ilə başlanılmış və şəhidlərin ruhuna dualar oxunmuşdur.
  Qazax rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün təşkil olunmuş iftar süfrəsində şəhidlərin yaxınları, doğmaları, ata və anaları, oğul və qızları, həyat yoldaşları iştirak etmişlər. Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova şəhid ailələrini qarşıdan gələn  ramazan ayı münasibətilə təbrik etdi və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı rayonda həyata keçirilən tədbirlərdən və görülmüş işlərdən danışdı.
Tədbirin sonunda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının ruhuna bir daha dualar oxunmuş və əziz xatirələri yad olunmuşdur.
Axırda şəhid ailələri, onların ailə üzvləri və doğmaları bu cür diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

     
           Vəli VƏLİYEV,
"Respublika"
18.06.2017

Keçidlər