Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda çoxmənzilli yaşayış binalarının əsaslı təmiri sürətlə davam edir

27 aprel 2017 | 16:00

Ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamına əsasən Qazax şəhərindəki çoxmənzilli binalarında əsaslı təmir işləri sürətlə davam edir. Şəhərdə 24 binada əsaslı təmir işlərinin aparılması nəzərdə tutulsa da, 39 binada təmir işləri aparılır. Hazırda bu binalarda 19-da işlər tam yekunlaşmış, 12-də işlər başa çatmaq üzrədir. Qalan  8  binada isə təmir işlərinə may ayının 5-dən sonra başlanılacaqdır.
  2017-ci ildə təmirə ehtiyacı olan çoxmənzilli yaşayış binalarından  34-nün təmiri nəzərdə tutulsa da hazırda 38 binada təmir işləri aparılır. Bundan 17-də işlər tam yekunlaşmaq üzrədir. Yerdə qalan 24-də isə işlər davam edir.
   Beləliklə, Qazax şəhərində ümumilikdə 77 binada təmir işləri aparılır. Bundan  36-da işlər tam başa çatmış, 41-də isə işlər davam edir. 
Qazax şəhərində bunlarla yanaşı Şəhidlər Xiyabanında da yenidənqurma və abadlıq işləri aparılır. Burada Qazax  rayonundan olan 294 şəhidin şəkli əks olunmuş mərmər lövhələr də yer alacaqdır.

Keçidlər