Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Novruz bayramı təntənəli şəkildə qeyd olunub

18 mart 2017 | 16:00

Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır.
Təbiət bayramı - Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti sübut edir.
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Qazaxda ümumrayon şənliyi keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi ilə əlaqədar Olimpiya İdman Kompleksinin qarşısı bayramsayağı, Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb, Novruzun rəmzi olan böyük tonqal çatılıb. Xalqımızın ən sevimli bayramlarından olan Novruzun gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaradıb.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov və cəmiyyətin üzvləri, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və digər qonaqlar Novruz şənliyində iştirak etmək üçün Olimpiya İdman Kompleksinə gəliblər.
Xalçalarla bəzədilmiş fayton meydana daxil olub. Bahar qız faytondan düşərək Rəcəb Babaşova və akademik Teymur Bünyadova Novruzun rəmzi olan səmənini təqdim etdikdən sonra tədbir start götürüb. Zurnaçıların, aşıqların baharı,  Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov və akademik Teymur Bünyadov Novruzun rəmzi olan tonqalı alovlandırdıqdan sonra rayon rəhbərliyi və qonaqlar bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş süfrələrə, pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa ediblər. Adət-ənənələrimizə uyğun hazırlanmış Novruz təamları ilə tanış olub, ululardan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayişinə baxıb, aşıqların ifasında qədim el havalarını dinləyiblər.
Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeirlər, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon sakinlərinin və tamaşaçıların sevincinə səbəb olub.
Sonra tədbir Olimpiya İdman Kompleksinin  arenasında davam edib.
Bayram şənliyində Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov çıxış etmiş, xalqımızı bayram münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, tarixi çox qədim olan Novruz Bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir birinə mərhətəm və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbət bayramıdır. Xalqın adətinə görə bayram günü süfrə dolu olmalıdır. Novruz bayramının  Novruz süfrəsi, Novruz xonçası vardır.
Müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi vaxtdan bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin, adət və ənənələrin qorunması, inkişaf etdirilməsi, tarixi kökümüzün araşdırılması sahəsində məqsədyönlü işlərin aparılmasına xüsusi diqqətlə yanaşılmışdır. Bu baxımdan xalqımızın uzun bir tarixdə yaşatdığı Novruz bayramının xüsusi yeri olmuşdur.
Ümummilli lider Heydər Əliyev Novruzun yaranma tarixi barədə danışarkən demişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının mili ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır".
Novruzun ölkəmzidə dövlət səviyyəsində qeyd edilməsi, həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu,  keçmişimizi bu günumüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir.  Novruzu milli mənəvi dəyrələrimizin təcəssümü adlandıran ölkə prezidenti İlham ƏLiyev cənablarınnı hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması xalqımızın bayram əhval-ruhiyyəsini daha da artırmaqla yanaşı həmdə xalqla dövlət arasında olan birliyi daha da möhkəmləndirir.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabr ayında Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyayıhısa daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni "Beynəlxalq Novruz Günü" elan etmişdir.
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə bu gün Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da ümumrayon şənliyi keçirilir. Artıq hər yeni Novruz bayramı dövlətimizin başçısı İlham Əliyev cənablarının böyük səyləri nəticəsində ölkəmizin uğurlu inkişafının göstəricisinə çevrilir, Qarabağda qələbəmizə inamı və əzmimizi artırır.  Əminik ki, çox tezliklə biz Novruzu doğma Qarabağda,Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə, Əskiparada, Bağanıs Ayrımda, Barxudarlıda və Qızılhacılıda qarşılayacağıq.
Sonda cənab Başçı bu əziz bayram günündə bütün Qazax rayon sakinləri adından dövlətimizin başçısı İlham Əliyev cənablarını bayram münasibətilə ürəkdən təbrik etmiş, ona uzun ömür, möhkəm cansağlığı, dövlətçiliyimizin möhkəmləndirilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda gərgin və səmərəli işində daha böyük uğurlar və qələbələr arzulamışdır.
Aparıcı Afaq Gəncəli konsert proqramını açıq elan edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, rayon sakinlərinə ən xoş arzularını çatdırıb. Sonra Bakıdan rayonumuza dəvət olunmuş müğənnilər növbə ilə səhnədə yer alıblar.
Respublikanın əməkdar artistlərindən İzzət Bağırovun, Almaz Orucovanın, Elza Seyidcahanın, respublikanın xalq artisti Bilal Əliyevin və “Qismət” qrupunun ifa etdikləri bir-birindən şən, şux mahnılar şənlik iştirakçılarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Sonra səhnə idmançıların ixtiyarına verilib. Onlar idmanın müxtəlif növlərində nümunəvi çıxışlar ediblər.
Qədim el sənətini yaşadan aşıqların çıxışları da tədbirə toplaşanlar tərəfindən böyük coşqu ilə qarşılanıb. Əməkdar incəsənət xadimi, aşıq Əhliman, əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Sədaqət Ulduz, Camoy Qurbanov və Yaşar Gülümcanovun ifa etdikləri aşıq mahnıları tamaşaçıların bayram sevincini daha da artırıb.
Qazax rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram şənliyi böyük ruh yüksəkliyi ilə başa çatıb.

Keçidlər