Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxdakı 1 saylı körpələr evi-uşaq bağçasının yeni binasının tikintisi sürətlə aparılır

16 yanvar 2017 | 16:00

Rayonumuzda məktəb tikintisi ilə yanaşı gələcəyimiz olan körpələrə də rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir, onların daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları ön plana çəkilir.  Bu məqsədlə rayonda 100 yerlik daha bir yeni bağça binasının tikintisinə başlanılmışdır. Bununla da Qazax şəhərində yeni tikilmiş bağçaların sayı 3-ə çatmışdır.  Hazırda bağçada tikinti  işləri sürətlə davam etdirilir.  Bunun nəticəsidir ki, tez bir zamanda özül işləri – armaturlama və beton işləri artıq başa çatdırılmışdır. Zirzəminin inşası üçün karkasların bağlanması və beton tökmə işləri aparılıb. Eyni zamanda 1-ci mərtəbənin hörgü işləri də tamamlanmışdır. Hazırda qəlib və karkasların bağlanması işləri aparılır. Sonra isə beton tökmə işlərinə başlanılacaqdır. Yaxın zamanda 2-ci mərtəbənin hörgüsünə start veriləcəkdir.
Yeni tikilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisinin 2017-ci ilin mart ayında başa çatdırılması nəzərdə tutulmuşdur. 
Yeni inşa olunan 1 saylı körpələr evi-uşaq bağçası 2 korpusdan, əsas korpusunun isə 3 mərtəbədən və zirzəmidən olması nəzərdə tutulmuşdur.
Əsas binadan əlavə, hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı, nasosxana və qazanxana, yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, sanitar-uzel otağı,  mətbəx və tibb kabineti də tikiləcəkdir.
Bundan əlavə, holl, direktor, müavin, kompyuter və dəftərxana otaqlarının da tikintisi nəzərdə tutulub.

Keçidlər