Şriftin ölçüsü :

Saytın rəngi :

3 dekabr- Beynəlxalq Əlillər Günü qeyd olunmuşdur

02 dekabr 2016 | 16:00

Qazax rayonunda 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir. Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Böyük Vətən Müharibəsi Əlilləri, Qarabağ Müharibəsi Qaziləri,  rayonda fəaliyyət göstərən Əlil Cəmiyyətlərinin üzvləri,  müxtəlif səbəblərdən əlil olmuş vətəndaşlar dəvət olunmuşdur.Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq Əlilləri salamlamış onlara uzun ömür və cansağlığı arzulamışdı. Bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.
Dünyada təqribən bir milyard əlil yaşayır və bu da dünya əhalisinin təqribən 15 faizini təşkil edir. Azərbaycanda isə əhalinin 6 faizdən az hissəsi, yaxud təqribən 570 min nəfəri əlildir. Cəmiyyət yalnız o halda uğurlu hesab edilir ki, orada əlillər qayğı ilə əhatə olunur, onlar üçün hər cür şərait yaradılır.
Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması,əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də yüksək həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb.
       Ümummilli Lider Heydər Əliyevin “Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından  istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Prezident İlham Əliyev cənablarının uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə  daha  geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.
      Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə prezidenti İlham Əliyev cənablarının daim diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə qanunvericilik təkmilləşdirilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reabilitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır.
Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Əlillərin minik avtomobili ilə təminatı proqramı da həyata keçirilir. Minik avtomobili  ilə təmin olunan əlillərin sayı da il-ildən artır.
Ölkə prezidenti İlham Əliyev cənablarının müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin  məbləği də hər il artırılır. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.
Hər il 3 dekabr tarixində keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək, həmçinin məhdud imkanlı siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə edilən xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılıması məqsədilə elan edilib.
3 Dekabr “Beynəlxalq Əlillər” gününün qeyd olunması artıq ölkəmizin bütün rayonlarında adət halını almışdır. Eləcə də hər il rayonumuzda əlillər üçün tədbirlər keçirilir.
Rayonda 440 nəfər tək-tənha yaşayan əlil və ahıl vətəndaşlara evlərdə xidmət göstərilir. Əlillik statusu olan vətəndaşlardan 43 nəfər sanatoriyaya, 8 nəfəri “Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi”nə, 2 nəfər “Sağlamlıq imkanı məhdud şəxs evi”nə, 1 nəfər isə qocalar evinə göndərilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün rayonumuzda  2016-cı il ərzində 8 mənzil tikilib istifadəyə verilmiş, 8 mənzilin isə tikilməsinə başlanılmışdır. Məlumat üçün bildirirəm ki, Nazirlik tərəfindən əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün yeni pilot layihələri üzərində işlənilir və bu layihələr barədə mütəmadi olaraq məlumatlar veriləcəkdir.
Rayon rəhbərliyi  tərəfindən Dəmirçilər, Ürkməzli və Quşçu Ayrım kəndlərində Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılıması istiqamətində əsaslı işlər görülmüş və bu istiqamətdə işlər davam etdirilir.
        2014-2016-cı illərdə I, II və III qrup Qarabağ əlillərindən 12 nəfərinə avtomobil verilmişdir. Növbədə olan 26 nəfərə isə qarşıdakı illər ərzində avtomobilin verilməsi nəzərdə tutulub. Eyni zamanda sağlamlıq imkanları məhdud şəxslərə  2014-cü ildə 90 nəfər əlilə 30 manat, 2015-ci ildə 90 nəfər əlilə 20 manat  və 2016-cı ildə 36 nəfər əlilə 30 manat maddi yardım göstərilmişdir.
Çıxışının sonunda cənab Rəcəb Babaşov bir daha əlilləri 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə səmimi qəlbdən təbrik etmiş və bildirmişdir ki, əlillərimiz ölkə və rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir. Bu diqqət və qayğı daim olacaqdır.
Qazax rayonu İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Böyük Vətən Müharibəsi Əlili Xanqulu Süleymanov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri  Xasay Balayev, Silahlı Qüvvələrin “Ehtiyyatda olan zabitlər” Konfederasiyasının Qazax rayon şöbəsinin sədri, I qrup Qarabağ Əlili Baxış Hüseynov, Ehtiyyatda  olan baş leytenant,  Qarabağ Qazisi Kamil Müsəvi, Ehtiyatda olan gizir Natiq Mehtiyev, Azərbaycan Lal-karlar cəmiyyətinin Ağstafa-Qazax rayonlararası təşkilatının sədri Novruz Həsənov, Azərbaycan azıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət xadimi, şair Barat Vüsal,  Qazax RİHB Aparatında aparıcı məsləhtçi-psixoloq Kəmalə Cəfərova  və başqaları çıxışş edərək ölkə Prezidenti İlham Əliyev cənablarının əlillərə göstərdiyi diqqət və qayğıdan danımışlar, bu istiqamətdə Qazax rayonunda görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat vermişlər.
Bayram tədbiri əyləncəli musiqi proqramları ilə nahar süfrəsi ətrafında davam etdirilmişdir. Əlil qadınlara bayramla əlaqədar gül dəstələri təqdim olunmuşdur.

Keçidlər