Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən üçün hazır ol” layihəsi çərçivəsində inşa yazı müsabiqəsi keçirilmişdir

20 sentyabr 2016 | 16:00

Qazaxdakı S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə Qazax rayon İcra Hakimiyyətinin və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən üçün hazır ol” layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir.  Müsabiqədə 22 nəfər şagird iştirak etmişdir.
Münsiflər heyətinin rəyinə əsasən A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin XI sinif şagirdi Əsgərova Ülkər Əhəd qızı I yerə, Qazax şəhər F.Şamoyev adına 4 saylı tam orta məktəbin XI sinif şagirdi Hacıyeva Gülər Rafət qızı II yerə, Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin X sinif şagirdi Süleymanova Türkan Mübariz qızı və Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin XI sinif şagirdi Yusifova Aydan Əfqan qızı isə III yerə layiq görülmüşlər.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar verilmişdir.

Keçidlər