Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Salahlı kəndində vətəndaşların qaldırdığı məsələ artıq müsbət həllini tapıb

10 aprel 2021 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı Qazaxda da hər zaman hiss olunur. Rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət, vətəndaşlara göstərilən qayğı, edilən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi Qazaxda vətəndaş amilinin daim diqqət mərkəzində olmasından xəbər verir. Vətəndaşlara olan qayğının nəticəsidir ki, bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına inanır.
Aprelin 8-də Kür çayının daşması ilə əlaqədar bir qrup Aşağı Salahlı kənd sakininin müraciətinə əsasən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul işçiləri və Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla birlikdə vətəndaşların problemləri ilə yerində tanış olması, qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verməsi barədə məlumat vermişdik.
Qeyd edək ki, qaldırılan məsələ artıq öz müsbət həllini tapıb. Vətəndaşların Kür çayının daşması səbəbindən çaya yaxın ərazidə yerləşən pay torpaq sahələrinin yuyulmasının qarşısının alınması ilə bağlı lazımi tədbirlər görülüb, bənd salınaraq suyun axması dayandırılıb.
Aşağı Salahlı kənd sakini Nuruyev Mirzə Vəli oğlu da Qazaxda dövlətin və ölkə başçısının vətəndaşlara olan qayğısını hiss etdiyini, bunun ötən gün rayon rəhbərliyinə etdiyi müraciətə operativ şəkildə baxılmasında bir daha şahidi olduğunu qeyd edir.

Keçidlər