Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir kənddə yeni tibb məntəqəsi tikiləcək

06 aprel 2021 | 16:00

Bu gün “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Qazaxda bütün sahələr üzrə olan bu abadlıq işləri səhiyyə sahəsində də öz əksini tapır. Daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də məhz səhiyyə sahəsidir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanılması üçün zəruri tədbirlər görülür, sakinlərə bu sahədə diqqət və qayğı göstərilir. Şəhərdə ötən il ölkə başçısı İlham Əliyevin açılışında iştirak etdiyi 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun kəndlərində yeni tibb məntəqələrinin inşa olunması buna əyani sübutdur.
Qazaxın daha bir kəndində - Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən köhnə tibb məntəqəsi üçün yeni inzibati bina tikiləcək.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tibb məntəqəsinin tikintisi üçün ayrılmış ərazi və lahiyə ilə tanış olub. Məntəqədə nəzərdə tutulan işlərlə əlaqədar müvafiq qurumlara abadlıq, su, qaz və enerji təminatının əl çatanlığı ilə bağlı bəzi tapşırıq və tövsiyələrini verib.
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov rayon rəhbərinə yeni inşa olunacaq məntəqə haqqında məlumat verərək bildirib ki, tikilən tibb məntəqəsinin ümumi sahəsi 120 kv.m-dir. 5 otaqdan ibarət olacaq tibb məntəqəsində həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılacaq.

Keçidlər