Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Fitnə” sənədli filminin nümayişinə başlanılmışdır

13 iyun 2016 | 16:00

Son dövrlər radikalizmə qarşı tədbirlər  kəmiyət və keyfiyyət baxımından yeni mərhələdə həyata keçirilir. Respublikanın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da müxtəlif layihələr çərçivəsində çoxsaylı tədbirlər, seminarlar və görüşlər keçirilir. Lakin aparılmış təhlillər nəticəsində məlum olmuşdur ki, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə ciddi ehtiyac vardır. Ona görə də radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” adlı sənədli film hazırlanmışdır. Odur ki, həmin filmin əvvəlcədən hazırlanmış xüsus qrafik əsasında Qazax rayonunda rayon ictimaiyyətinin, xüsusilə gənclərin iştiraklı ilə nümayişinə başlanılmışdır. Rayon Mədəniyyət Mərkəzində nümayiş etdirilən filmdə dini radikalizmin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə öz əksini tapmışdır. Eyni zamanda xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılmışdır.
İnsanlar cəmiyyətin bütün təbəqələrinin dini maarifləndirilməsi işində filmin əvəzsiz vasitə olduğunu söyləmişlər.

Keçidlər