Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhərdə abadlıq işləri aparılan ərazilərdə olub və aidiyyəti üzrə tapşırıqlarını verib

16 sentyabr 2020 | 16:00

Xəbər verdiyimiz kimi, artıq xeyli müddətdir ki, Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı işlərin başa çatdırıldığı küçələrdə abadlıq-quruculuq işləri də aparılır. Görülmüş işlər nəticəsində artıq şəhərin Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn küçələrinə yeni asfalt vurulub. Həmçinin, küçələrlə yanaşı çoxmənzilli yaşayış binalarının həyətlərində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərə təqdim olunur. Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində görülmüş işlər bunun bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov və digər aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya xəttinin çəkilişi aparılan və yeni asfalt vurulacaq Heydər Əliyev prospektində, eləcə də digər ərazilərdə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən bütün işlərin keyfiyyətlə aparılmasını qeyd edən icra başçısı bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.
Rayon rəhbəri bu gün həm də yeni asfalt vurulan Mehdi Hüseyn küçəsində olub.
Məlumat üçün onu da qeyd edək ki, hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Həmçinin, Bakı küçəsində səkilərə yeni tamet döşənir, bardür düzülür.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda aparılan quruculuq işləri rayon sakinləri tərəfindən də razılıq hissi ilə qarşılanır və bu işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Bakı küçəsi

Heydər Əliyev prospekti

 

Keçidlər