Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda qanvermə aksiyasi keçirilmişdir

25 aprel 2016 | 16:00

Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilmişdir. Belə ki, Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasına idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər həvəslə qoşulmuşlar.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlamışlar. 
  Rayonumuzda mütəmadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi,  bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlamış və uğurla başa çatmışdır. Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün tibb müəssisələrinə 500 nəfərdən çox rayon sakini müraciət etmiş və onların 125 nəfərindən qan götürülmüşdür. 
Sonda aksiyada iştirak edən rayon sakinləri bu cür tədbirlərin keçirilməsini bəyəndiklərini bildirmişlər.

Keçidlər