Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda mobil qrup üzvlərinə xəbərdarlıq olunub

29 iyul 2020 | 16:00

                    

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qazax rayonunda ciddi nəzarət tədbirləri həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə yaradılmış hər biri 5 nəfərdən ibarət olan 30 mobil qrup fəaliyyət göstərir. Tərkibində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvləri rayon ərazisində yas mərasimlərinin təşkil olunmasını, həmin mərasimlərdə vətəndaşların kütləvi şəkildə toplaşmasını daim nəzarətdə saxlayır.
Bu məqsədlə Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən karantin rejimi ilə əlaqədar müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək və tədbir görmək üçün reydlər keçirilir.
Bu gün mobil qrup üzvlərinin fəaliyyəti müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mobil qrup üzvlərinə verilən tapşırıqların icrası ilə bağlı iradlarını bildirib və xəbədarlıq edib. İcra başçısı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimində kütləvi şəkildə toplaşmağın birmənalı şəkildə yolverilməz olduğunu, vətəndaşlara məhz onların sağlamlığı üçün bu cür reydlərin keçirildiyini çatdırmağı bildirib. Dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərə hər bir vətəndaşın dəstək olmasını, görülmüş işlərə öz əməli işləri ilə töhfə verməsini qeyd edib.
Rayon rəhbəri sonda mobil qrupların fəaliyyətini müzakirə edərək bir daha aidiyyəti üzrə bəzi tapşırıq və tövsiyələrini verib.

Keçidlər