Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektərində reydlər keçirilib

02 iyul 2020 | 16:00

Bu gün Qazaxda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə rayon rəhbərliyinin və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Səadət Nazarovanın iştirakı ilə keçirilən reyd zamanı həmin obyektlərdə karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olunub, obyektlərdə pandemiya dövründə sanitar-gigiyenik qaydalara əməl edilməsi yoxlanılıb.
Keçirilən reydlər zamanı şəhərin Heydər Əliyev prospektində yerləşən “Məkan” restoranında, Ə.Qədirov küçəsində yerləşən “Laquna”, N.Nərimanov yaşayış massivində yerləşən “Lion çay evi”, “Yaşıl çayxana”, “Çayxana”, N.Nərimanov parkında yerləşən “Sarı çayxana” adlı çayxanalarda, “Fəxri Qazaxlılar” parkında yerləşən “Playstation” internet klubda məkan sahibləri və vətəndaşlar tərəfindən xüsusi karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Sanitar-gigiyenik qaydalarına riayət etməyən və xüsusi rejimi qaydasını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada cərimə protokolu tətbiq edilib və aktlar tərtib olunub. Reyd zamanı sanitar normaların ciddi şəkildə pozulduğu müşahidə olunan “Məkan” restoranının fəaliyyəti dayandırılıb.
Bundan əlavə, sosial məsafə gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən 9 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada cərimə protokolu tətbiq edilib. 
Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməsi vətəndaşların diqqətinə çatdırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə və sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət edilməsi barədə göstərişlər verilib.
Hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər