Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən vətəndaşlar barədə ciddi tədbirlərin görülməsi ilə bağlı iclas keçirilib

02 iyul 2020 | 16:00

İyulun 1-də Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətə dair geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədovun, “Qazax Avtovağzal” ASC-nin müdiri Eyvaz Quliyevin, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Tovuz Regional Şöbəsinin rəis müavini Mübariz Alıyevin iştirakı ilə iclas keçirilib. İclasda dünən keçirilən videomüşavirədə səslənən ictimai nəqliyyatda vətəndaşların sosial məsafə saxlaması, tibbi maskadan istifadənin vacibliyi və s. məsələlərlə bağlı verilən tapşırıqlar müzakirə olunub.
İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə bütün mümkün imkanlardan istifadə edilməsinə baxmayaraq virusa yoluxanların sayı günbəgün artır. Bunun kökündə isə bəzi insanların koronavirus pandemiyasına laqeyd yanaşması, belə bir xəstəliyin olmasına inanmaması dayanır. Məhz belə laqeyd insanlara görə son vaxtlar koronavirusa yoluxanların sayı sağalanların sayını kəskin üstələyib. Bunun başlıca səbəblərindən biri də tibbi maska taxanların sayının getdikcə azalması və sosial məsafənin saxlanılmamasıdır. İcra başçısı bu cür hallara ictimai nəqliyyatda, marşurutlarda daha çox rast gəlindiyini bildirib.
Rayon rəhbəri Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 160 nömrəli qərarına və ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profiliaktikasına dair metodiki göstərişlərə əməl edilməsi ilə bağlı hər bir sürücüyə tapşırıq verilməsini, qeyd olunan göstərişlərə riayət edilməsinin nəzarətdə saxlanılmasını və pozuntu hallarına yol vermiş şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməsini qeyd edib. Bununla bağlı Qazax Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi Vüqar Məmmədova, “Qazax Avtovağzal” ASC-nin müdiri Eyvaz Quliyevə və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Tovuz Regional Şöbəsinin rəis müavini Mübariz Alıyevə tapşırıqlarını verib.

 

Keçidlər