Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Gənc Könüllülər” 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə yeni aksiya həyata keçiriblər

26 iyun 2020 | 16:00

Fəaliyyətə başladığı ilk gündən yeniliklərə imza atan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) kollektivi və “Gənc Könüllülər”i bu dəfə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə yeni aksiya həyata keçiriblər.
“Gənc Könüllülər” karantin dövründə, xüsusilə müəyyən zəruri məhdudedici tədbirlərin sərtləşdirildiyi günlərdə vətəndaşların, o cümlədən şəhid ailələrinin hərəkət və yaşayış yerini tərk etmək imkanlarının məhdudlaşdığını, onların digər gündəlik işlərinə vaxt sərf etdiklərini nəzərə alaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Şəhidlərin xatirəsinin əziz tutulacağını, uğrunda canlarını fəda etdikləri Vətənin onları unutmayacağını öz fəaliyyətləri ilə sübut edən gənclər şəhid qəbirlərinin ətrafını təmizləyib, ərazini səliqəyə salıblar.
“Gənc Könüllülər”in bu nəcib aksiyası şəhid ailələri, eləcə də rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.

Keçidlər