Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı küçəsində olub

26 iyun 2020 | 16:00

Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində  Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” ASC tərəfindən lazımi texnika və avadanlıqlarla, mal-material ehtiyatları ilə təmin edilən küçələrdə, eləcə də çoxmənzilli yaşayış binalarının həyətlərində su və kanalizasiya xətlərinin çəkilişi paralel olaraq aparılır.
Su-kanalizasiya sisteminin çəkilişlərinə başlanılan ilk gündən bu sahəni daim nəzarətdə saxlayan rayon rəhbərliyi istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə baxış keçirir, görülən işlərin keyfiyyəti ilə yerində tanış olur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi aparılan Şəhidlər Xiyabanı küçəsində görülən işlərlə maraqlanıb.
İcra başçısı çəkiliş zamanı qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsini bildirib. Bundan əlavə, qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulması, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalması, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət olunmasını qeyd edib. Görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Keçidlər