Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının fəaliyyəti onlayn şəkildə davam edir

23 iyun 2020 | 16:00

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi onlayn formatda fəaliyyətini davam etdirir.
Layihənin davamlılığını təmin etmək məqsədilə, üzvlərin hər birinin şəxsi və peşəkar inkişafı üçün Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasından olan 20 iştirakçı üçün mütəmadi olaraq təlimlər, vebinarlar, şuradaxili görüşlər keçirilir.
18 aprel 2020-ci il tarixdən etibarən Məşvərət Şurası üzvləri üçün 6 müxtəlif mövzuda təlimlər keçirilib. Təlimlər İlkin Əliyevin təqdimatında "Effektiv nəticənin əldə olunmasında peşəkar sorğunun rolu", təlimçi Rüfət Mirfeyzullazadənin təqdimatında "Məşvərət Şurası üzvlərinin texniki bacarıqlarının inkişafı", "Hajizadə Group" şirkətinin təsisçisi və rəhbəri Əli Hacızadənin təqdimatında "Sosial Media və şəbəkələrin gücü ilə hədəf auditoriyamıza necə çata bilərik?", həkim psixiatr, biznes-konsultant Həlimə Qəmərlinskayanın təqdimatında "Stresli vəziyyətlərin idarə olunması", Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovanın təqdimatında "Emosional Zəka", Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Azər Əliyevin təqdimatında "Layihələrin yazılması və idarə edilməsi" mövzularında təşkil olunub.
Bundan əlavə, Məşvərət Şurası üzvləri UNICEF Azərbaycanın və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən vebinarlarda da iştirak edirlər.
İştirakçılar üçün təmsil etdiyi Məşvərət Şurasına uyğun olaraq pasportlar, Facebook çərçivələri, o cümlədən bütün üzvlərin şəkillərindən ibarət tanıtım kollajı hazırlanıb.
Qeyd edək ki, irəliləyən zamanlarda Məşvərət Şurası üzvləri üçün daxili görüşlər, təlimlər və vebinarların davam etdirilməsi planlaşdırılır.

Keçidlər