Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı dam örtüyü dəyişdirilən və təmir işləri yekunlaşan çoxmənzilli yaşayış binalarında olub

09 iyun 2020 | 16:00

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində Qazaxda bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. 2016-cı ildən geniş vüsət alan bu işlər nəticəsində çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənib, blok və fasadı əsaslı təmir olunub. Bu gün rayonda mövcud olan 164 çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın günün tələblərinə cavab verən səviyyəyə çatdırılması bu sahədə görülən işlərdir.
Binaların təmiri bu il də uğurla davam etdirilir. Hazırda şəhərin Bakı və Şəhidlər Xiyabanı küçələrində yerləşən binalarda aparılan təmir işləri də bunu əyani şəkildə sübut edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtüyü dəyişdirilən və təmir işləri aparılan həmin binalarda olub, görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, Bakı küçəsi 2A ünvanında yerləşən və məcburi köçkün ailələrinin yaşadığı binalarda dam örtüyünün dəyişdirilməsi artıq başa çatıb. Həmin ərazidə yerləşən 2 saylı binada isə dam örtüyünün dəyişdirilməsi işləri davam edir.
Sonra icra başçısı şəhərin mərkəzində yerləşən Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda aparılan təmir işləri ilə də tanış olub. Rayon rəhbərinə bildirilib ki, hər iki binada son tamamlanma işləri görülür. Belə ki, artıq binaların bloklarında giriş hissədə olan çardaqlar yenidən qurulur.
Qeyd edək ki, hər iki binanın bloklarında astar-üzlük vurulub, blokların giriş hissəsinə dəmir qapılar qoyularaq rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb.

Bakı küçəsi 2 saylı bina

Bakı küçəsi 2A saylı binalar

Ş.Xiyabanı küçəsi 25 saylı bina

Ş.Xiyabanı küçəsi 27 saylı bina

Keçidlər