Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda çoxmənzilli yaşayış binalarının təmiri bu il də uğurla davam etdirilir

23 may 2020 | 16:00

Qazaxda bütün sahələrdə olduğu kimi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə görülən məqsədyönlü işlər nəticəsində rayonda mövcud olan 164 çoxmənzilli yaşayış binasından artıq 120-ə yaxın binanın dam örtüyü, blokları və xarici fasadı təmir olunub.
Rayonda yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi bu il də uğurla davam etdirilir. Şəhərin Bakı küçəsi 2A ünvanında yerləşən və dam örtüyü dəyişdirilən məcburi köçkün ailələrinin yaşadığı binada görülən işlər də bunun bariz nümunəsidir.
Dam örtüyü dəyişdirilən binanın sakinləri vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

 

https://www.youtube.com/watch?v=LyEPOWPc8sQ&feature=emb_title

Keçidlər