Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər günü münasibətilə tədbir keçirilmişdir

02 fevral 2016 | 16:00

Qazax rayonu Gənclər Mərkəzində "Gənclər günü" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, fəal gənclər, tələbələr, KİV nümayəndələri iştirak etmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyulmuş və Ulu Öndirin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açmış və məruzə ilə çıxış etmişdir. Məruzədə gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsində Ulu öndər Heydər Əliyev gördüyü işlərdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu işlərin uğurla davam etdirildiyi barədə ətraflı məlumat verilmiş, dövlət gənclər siyasətinin - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemi olduğu bildirilmişdir.
Qazax rayonu İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək gəncləri təbrik etmiş, Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini,  onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aktiv qüvvəsinə çevrildiyini vurğulamışdır.  Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilən rayon gəncləri üçün yaradılan şəraitdən danışmışdır.
Sonra Yeni Azərbaycan Partiyası Qazax rayon Gənclər Təşkilatının sədri Vüsal İsmayılov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Dövlət Sosial İqtisad Kolleci tələbə gənclər təşkilatının sədri Elvira Əfəndiyeva, Azərbaycan Dövlət Pedaqoji İnstitutu Qazax filialının TGT-nın sədri Səkinə Əliyeva və başqaları çıxış edərək gəncləri təbrik etmiş, Azərbaycan gənclərinin bugünkü uğurlarından, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmışlar.
  Tədbirdə rayonun ictimai siyasi həyatında fəal iştirak etdiklərinə görə 25 nəfər gəncə qiymətli hədiyyələr və diplomlar təqdim olunmuşdur.
Sonda tədbir bir-birindən şən musiqi sədaları altında bayram süfrəsi arxasında davam etdirilmişdir.

Keçidlər