Şriftin ölçüsü :

Saytın rəngi :

“Dədə Qorqud” filmi nümayiş olunmuşdur

26 noyabr 2015 | 16:00

Qazaxdakı Mərkəzi Kitabxananın Oxu zalında  “Kitabi-Dədə Qorqud” un nəşrinin 200 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlıq dolu keçmişimiz” silsiləsindən “Dədə Qorqud” filmi nümayiş etdirilmişdir. Tədbirdə rayonun orta məktəblərində oxuyan aşağı və yuxarı sinif şagirdləri iştirak etmişdir. Tədbirdə  Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı film haqqında ətraflı məlumat vermiş və bildirmişdir ki,  “Azərbaycanfilm” in istehsalı olan bu film tarixi keçmişimizin parlaq səhifəsinə həsr olunmuşdur. O, qeyd etmişdir ki, təsadüfi deyildir ki, “Kitabi-Dədə Qorqud” şifahi və yazılı ədəbiyyatımızın babası adlandırılır. Filmə baxışdan sonra “Bütün türk dünyasının ölməz Kitabı” adlı sərgiyə də baxış keçirilmişdir. Hər iki tədbir uşaqların böyük marağına səbəb olmuş və onlarda tarixi keçmişimizə olan məhəbbət hissini daha da artırmışdır.

Keçidlər