Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı magistral yolun kənarında aparılan abadlıq işləri ilə tanış olub

25 oktyabr 2019 | 16:00

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində abadlıq və quruculuq işləri aparılır. Yeni çəkilən avtomobil yolları, inşa olunan sənaye obyektləri, təsərrüfat müəssisələri, müasir məktəblər, bağçalar, təhsil, səhiyyə, mədəniyyət ocaqları, idman kompleksləri və s. müasir Azərbaycanın bugünkü inkişafından xəbər verir. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında da şəhər və rayonlarda abadlıq işlərinin aparılması ilə bağlı xüsusi bəndlərin əksini tapması ölkəmizin bundan sonra da uğurla inkişaf etdirilməsi deməkdir.
Respublikamızın hər yerində olduğu kimi, ölkə rəhbərinin diqqət və qayğısı, rayon rəhbərliyinin yüksək işgüzarlığı və tələbkarlığı sayəsində gündən-günə inkişaf edən Qazax rayonunda da tikinti-quruculuq işləri böyük miqyas alıb. Son 3 ildə rayonda kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində uğurlu göstəricilərin əldə olunması, abadlıq işlərinin geniş vüsət alması ölkə başçısının regionların inkişafı naminə verdiyi tapşırıq və tövsiyələrinin uğurla icra olunmasının bariz nümunəsidir. İstər şəhər, istərsə də kəndlərdə abadlıq işlərinin aparılması, vətəndaşların istək və arzularına xidmət edən tədbirlərin həyata keçirilməsi bu dediklərimizin əyani sübutudur. Hazırda şəhərin əksər hissələrində, xüsusilə də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Qazaxdan keçən hissəsində yol kənarında geniş abadlıq işləri aparılır, yeni yaşıllıqlar salınır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin ərazidə olub, görülən işlərlə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər