Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında yaradılmış süni göldəki mövcud vəziyyətlə maraqlanıb

22 oktyabr 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ulu Öndər adını daşıyan parkda olub, burada yaradılmış birinci süni göldəki mövcud vəziyyətlə maraqlanıb. Süni göldə su axının qarşısını almaq məqsədilə yaradılmış bəndə baxış keçirib. Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə göldə görüləcək işləri bir daha müzakirə edib. Bundan əlavə, göldə təmizlik işlərinin aparılmasını, daim nəzarətdə saxlanılmasını qeyd edib və bununla bağlı aidiyyəti üzrə tapşırıq verib. İcra başçısı nəinki göldə, eləcə də bütün park ərazisində səliqə-sahman yaradılmasını, insanların asudə vaxtlarını təmiz bir məkanda keçirmələri üçün təmizlik işlərinə hər zaman xüsusi önəm verilməsini diqqətə çatdırıb.

Keçidlər