Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı İkinci Şıxlı kəndində tikilən “Qazax Aqropark”dakı mövcud vəziyyətlə tanış olub

21 oktyabr 2019 | 16:00

Son illər Respublika Prezidenti cənab İlham Əliyevin aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı Fərman və Sərəncamları əsas götürərək bu sahəni daim diqqət mərkəzində saxlayan rayonlardan biri də məhz Qazax rayonudur. Bunu son 3 ildə rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılmasından da aydın şəkildə görmək olar.
"İnvestel GROUP” MMC tərəfindən rayonun İkinci Şıxlı kəndində tikilən “Qazax Aqropark” da ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin uğurla icra olunmasının əyani sübutudur. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə yaradılan bu Aqropark eyni zamanda yeni iş yerlərinin açılması və xeyli sayda insanın işlə təmin olunması deməkdir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə İkinci Şıxlı kəndində olub və “Qazax Aqropark”dakı mövcud vəziyyətlə maraqlanıb, görülmüş işlərlə tanış olub. 

Keçidlər