Şriftin ölçüsü :

Saytın rəngi :

"Gedik-Carçı” Azərbaycanda inşa olunan ilk elektrod zavodudur

21 oktyabr 2019 | 16:00

Son illər ölkəmizdə Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında bütün sahələrdə olduğu kimi yeni sənaye müəssisələrinin yaradılması da dövlətimizin daim diqqət mərkəzində saxladığı sahələrdəndir. Bunu son illər Azərbaycanda inşa olunan yeni sənaye müəssisələrinin sayının ildən-ilə artması, bu sahədə görülən məqsədyönlü işlər də əyani şəkildə sübut edir. Sevindirici haldır ki, bu sahənin inkişafı istiqamətində görülən işlər təkcə paytaxt Bakıda deyil, bütün bölgələrimizdə də geniş miqyas alır.
Respublikamızın hər yerində olduğu kimi Qazaxda da bu sahənin inkişafı daim diqqət mərkəzindədir. Qazaxda "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yaradılan yeni istehsal müəssisələrindəndir. Azərbaycanda ilk dəfə olaraq Xanlıqlar kəndi ərazisində inşa olunan bu yeni elektrod zavodu ölkə sənayesinin inkişafı ilə yanaşı həm də rayonda xeyli sayda yeni iş yerinin yaradılması deməkdir.  
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə həmin zavoda baş çəkib, mövcud vəziyyət və istehsal olunan məhsullarla tanış olub.
Məlumat üçün qeyd edək ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər başa çatıb. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır. Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.
Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas avadanlıqlar quraşdırılıb və artıq elektrod istehsal olunur. Zavodda olan bütün avadanlıqlar müasir standartlara cavab verən səviyyədədir. İstehsal olunan məhsulun keyfiyyətinə də xüsusi diqqət ayrılır. Bu gün ilk dəfə olaraq Qazaxda tikilən bu zavod nəinki daxili bazara, eləcə də xairici bazara da öz məhsullarını ixrac etməyi planlaşdırır.

Keçidlər