Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri ilə tanış olub

09 sentyabr 2019 | 16:00

Qazaxda bütün sahələrdə 3 ildə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxunun dam örtüyündə, bloklarında və xarici fasadında təmir işlərinin aparılması bu sahənin daim diqqət mərkəzində olmasının əyani sübutudur. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan daha iki binada - Ş.Xiyabani 25 və 27 saylı binalarda olub görülən işlərin mövcud vəziyyətini öyrənib.
Rayon rəhbərinə məlumat verilib ki, hazırda hər iki binanın xarici fasadında və bloklarında suvaq işləri görülür. Təmir işləri ilə yaxından tanış olan icra başçısı qeyd olunan bu binalarda da görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini bildirib. İşlərin keyfiyyətlə aparılmasını vurğulayıb və bununla bağlı aidiyyəti üzrə tapşırıq verib.

Keçidlər