Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

05 sentyabr 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Milli Məclisin deputatı Ülviyyə Ağayevanın da iştirak etdiyi fərdi qəbulda vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.
Şəhər sakini Ocaxquluyeva Sevil Səyad qızının və Kosalar kənd sakini Vəlizadə İlhamə Ələsgər qızının işlə təmin olunmaları ilə bağlı müraciətlərinə cavab olaraq müvafiq iş yerləri təklif olunub.
Şəhər sakini Salehova Şəfəq Rövşən qızının, Çaylı kənd sakini İsmayılova Gülnaz Talış qızının, Quşçu Ayrım kənd sakini Məmmədov Paşa Məmməd oğlunun, Yuxarı Salahlı kənd sakini Həsənov Həsən Əhməd oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

 

Keçidlər