Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın müraciətinə yerində baxılıb

31 avqust 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bala Çaylı kənd sakini Həsənov Müseyib Piri oğlunun müraciətinə əsasən yerində baxış keçirib. Belə ki, vətəndaşın Ürkməzli kəndinin ərazisində yerləşən, Çaylı və Bala Çaylı kəndlərinə xidmət edən kəhriz quyusunun təmiri ilə bağlı istəyinə yerində baxılıb. Aidiyyəti şəxslərin iştirakı ilə keçirilən baxışda kəhriz quyusunun mövcud vəziyyəti öyrənilib.
Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələnin həlli üçün aidiyyəti şəxslərin təklif bildirmələrini qeyd edib və bununla bağlı tapşırıq verib.
Vətəndaş M.Həsənov onun istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdığı məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Keçidlər