Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır

26 avqust 2019 | 16:00

Bu gün hər kəsə yaxşı məlumdur ki, son 3 ildə Qazaxda bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxunun dam örtüyündə, bloklarında və xarici fasadında təmir işlərinin aparılması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Sevindirici hal isə odur ki, qalan binaların əksəriyyətində də təmir işləri sürətlə davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində Heydər Əliyev prospektində yerləşən və təmir işləri başa çatan 2 mərtəbəli 127 saylı binada olub. Dam örtüyü dəyişdirilən, blok və fasadı əsaslı şəkildə təmir olunan binanın sakinləri digər binalarda olduğu kimi, yaşadıqları binada da işlərin keyfiyyətlə aparılmasını qeyd edərək razılıqlarını bildiriblər. Dövlət başçısı tərəfindən vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Sonra rayon rəhbəri Vidadi küçəsində yerləşən iki mərtəbədən ibarət olan 14 saylı binanın sakinləri ilə də görüşüb. Dam örtüyü yenilənən bu binanın da blok və xarici fasadında təmir işlərinin aparılacağını qeyd edib və işlərə başlanılması üçün aidiyyəti üzrə tapşırıq verib. İcra başçısı görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini bildirib.
Daha sonra icra başçısı təmir işlərinə başlanılan daha iki binada - Ş.Xiyabani 25 və 27 saylı binalarda olub görülən işlərin mövcud vəziyyətini öyrənib. Qeyd olunan bu binalarda da işlərin keyfiyyətlə aparılmasını vurğulayıb və bununla bağlı aidiyyəti üzrə göstəriş verib.

Keçidlər