Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vaqif poeziya gününə həsr olunmuş tədbir keçirilmişdir

28 avqust 2015 | 15:00

Qazax rayonunda Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin poeziya günləri ilə bağlı Ədəbiyyat Muzeyində tədbir keçirilmişdir. Tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, rayon ağsaqqaları, şair və yazıçılar iştirak etmişlər.  Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Qazax Zona Filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal açmış və Molla Pənah Vaqifin yaradıcılığı barədə geniş danışmışdır.Sonra tədbirdə Bakı şəhərindən, Tovuz, Ağstafa və Qazax rayonlarından iştirak edən şair və yazıçılar çıxış etmişlər. Gənc şairlər öz şeirlərini ifa etmiş, aşıqların ifasında saz havaları dinlənilmişdir. 

Keçidlər