Şriftin ölçüsü :

Saytın rəngi :

N.Nərimanov qəsəbəsində məskunlaşmış məcburi köçkünlərin müraciətinə baxılıb

03 avqust 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş şəhərin Nəriman Nərimanov qəsəbəsində məskunlaşmış Aşağı Əskipara, Yuxarı Əskipara, Barxudarlı və Sofulu kənd sakinlərinin müraciətinə baxılıb. Vətəndaşlar illər öncə onlara məxsus olan fərdi qaz sayğacında yaranmış borcun hazırda yeni qoyulmuş SMART sayğacın kartına yüklənmiş məbləğdən silinməsi ilə bağlı müraciət etdiklərini bildiriblər.
Sakinləri dinləyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlətimiz və ölkə başçısı İlham Əliyev tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Ölkə rəhbərinin məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin Qazaxda da hər zaman uğurla yerinə yetirildiyini, onları narahat edən məsələlərə həmişə xüsusi həssaslıqla yanaşıldığını bildirib.
Rayon rəhbəri həmişə olduğu kimi, qeyd olunan bu məsələyə də dəqiq və operativ şəkildə baxılacağını və nəzarətdə saxlanılacağını vurğlayıb. Vətəndaşları narahat edən məsələnin dəqiq şəkildə araşdırılması və məsələnin köklü şəkildə həll olunması ilə bağlı aidiyyəti təşkilat rəhbərinə tapşırıq verib.
Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin rəis əvəzi Taleh Şamradov və sahənin satış üzrə əməkdaşı Müşfiq Yusifov verilən tapşırığa ciddi əməl olunacağını, məsələnin ətraflı şəkildə araşdırılacağını və həlli istiqamətində müvafiq işlər görüləcəyini bildiriblər.
Sakinlər məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onları qəbul edib müraciətlərini dinlədiyinə görə razılıqlarını ifadə ediblər.

Keçidlər