Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətinə növbəti dəfə baxılıb

01 avqust 2019 | 16:00

Ötən yazımızda Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş Aşağı Salahlı kəndindən olan 41 nəfərin üzüm bağına dolu vurması nəticəsində təsərrüfatlarına ciddi ziyan dəyməsi və rayon rəhbərliyi tərəfindən həmin məsələyə xüsusi həssaslıqla yanaşılması barədə məlumat vermişdik.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin vətəndaşları növbəti dəfə qəbul edib, təsərrüfatdakı mövcud vəziyyətlə maraqlanıb.
Rayon rəhbəri qeyd olunan məsələyə İcra Aparatında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasında ətraflı şəkildə bir daha baxılacağını, lazımi təşkilatlar qarşısında məsələ qaldırılması üçün rəsmi müraciət olunacağını bildirib.
İcra başçısı ölkə Prezidenti İlham Əliyevin hər zaman vətəndaş amilini ön plana çəkməsini, dövlətimiz tərəfindən respublikamızda baş verən hər hansı bir hadisəyə xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edib.
Rayon rəhbəri bildirib ki, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən bu məsələnin həlli yollarını müzakirə etmək və həlli mümkün olan nə varsa, o istiqamətdə məqsədyönlü işlər görməkdir.
Sakinlər onları qəbul edib müraciətlərini dinlədiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər