Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda vətəndaş amili hər şeydən öndədir

11 iyul 2019 | 16:00

Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində məhz ölkə vətəndaşı dayanır. Bütün sahələri əhatə edən bu diqqət və qayğı onu göstərir ki, dövlət hər bir sahədə vətəndaş mövqeyini, istəyini üstün tutur. Son 3 ildir ki, genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı və böyük bir tikinti meydançasını xatırladan Qazaxda da bütün sahələr inkişaf edir. Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də vətəndaşların rahatlığı, onların istəkləri, qaldırdıqları hər hansı bir məsələnin müsbət həll olunmasıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin, Yol Patrul Xidmətinin (YPX) və Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) əməkdaşlarının rayonda vətəndaşların rahatlığını, təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərə qarşı birgə keçirdikləri reyd də məhz sakinlərə olan diqqət və qayğının bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və digər qrumun nümayəndələri rayonda fəaliyyət göstərən şəhərdaxili və kəndlərə sərnişin daşıyan marşurutların mövcud vəziyyəti ilə tanış olublar. Sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması, istər şəhərdaxili, istərsə də kəndlər üzrə hərəkət edən bütün marşurutlarda səliqə-sahman yaradılması, sərnişinlərin rahatlığını təmin edəcək tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Keçidlər