Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01 iyun 2019 | 16:00

Respublikamızın hər yerində olduğu kimi Qazaxda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü böyük təntənə ilə qeyd olunub. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı musiqili-əyləncəli bayram tədbiri keçirilib.
Tədbirin aparıcısı bayram şənliyini açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva və Vəfa Cəbiyeva, hüquq şöbəsinin məsləhətçisi Səba Paşayeva rayon rəhbərliyinin adından bütün uşaqları əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. 
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək bayram təbriklərini çatdırıb.
Tədbirdə Azərbaycanda uşaq problemlərinin hər zaman diqqət mərkəzində olmasından, ulu öndər Heydər Əliyevin uşaqlara dövlət səviyyəsində olan qayğısından söz açılıb. Azərbaycan uşaqlarına qayğının bu gün də diqqət mərkəzində olması bildirilib. Respublika Prezidenti İlham Əliyev tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi üçün məqsədyönlü işlər görüldüyü diqqətə çatdırılıb. Ölkə başçısının müvafiq Sərəncamı ilə ölkəmizdə 2009-cu ilin “Uşaq ili” elan edilməsi bu sahəyə olan diqqətin əyani göstəricisi kimi qiymətləndirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın öz fəaliyyətində daim uşaqların xoşbəxt böyüməsini prioritet məsələ kimi saxladığı qeyd edilib.
Sonra söz uşaqlara verilib. Körpə fidanların dilindən Anaya, Vətənə, şəhidlərimizə həsr olunmuş bir-birindən gözəl şeirlər səslənib, mahnılar oxunub.

Keçidlər