Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Qələbə günü münasibəti ilə bayram tədbiri keçirilmişdir

09 may 2015 | 15:00

Faşizm üzərində tarixi qələbənin əldə olunmasında ölkəmizin və eləcə də qazaxlıların öz payı var. Bu müharibədə  Azərərbaycandan 700 minə yaxın insan iştirak etmiş və onlardan 300 mini həlak olmuşdur. Azərbaycanlılardan 123 nəfəri ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Otuz nəfər “ Şöhrət” Ordeninin  hər 3 dərəcəsi ilə, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunmuşdur. Bu, xalqımızın qəhrəmanlığını təsdiq edən mühüm göstəricilərdir.
Qazax rayonundan isə Böyük Vətən Müharibəsində cəbhəyə 12 min 250 nəfər səfərbər olunmuş, onlardan 5232 nəfəri döyüşlərdə həlak olmuş və itkin düşmüşdür. Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev də bu torpağın yetirməsidir. Onun möhtəşəm abidəsi Qazax şəhərinin mərkəzində, adamların ən çox olduğu avtovağzal binası qarşısında və  "rus artileriyasının allahı” Əlağa Şıxliniskinin adını daşıyan küçənin başlanığıcında ucaldılmışdır. Bu abidə həmişə gənclər, orta məktəb şagirdləri tərəfindən ziyarət olunur. Qazaxda Qələbə günü ilə əlaqədar keçirilən bayram tədbiri də qəhrəmanın abidəsi önünə tər qərənfil dəstələri qoyulması və xatirəsinin ehtiramla yad edilməsi ilə başlamışdır.
Sonra tədbir Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın yaxınlığında, 1941-1945 -ci illərdə həlak olanların xatirəsinə ucaldılmış “Xatirə Kompleksi” nin qarşısında davam etdirilmişdir. Xatirə Kompleksinin önünə gül –çiçək dəstələri qoyulmuşdur.
Bayram tədbirini Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov açmış, Qələbə günü münasibəti ilə müharibə veteranlarını təbrik etmiş, onlara uzun ömür və möhkəm cansağlığı arzulamışdır. Bildirmişdir ki, 1990-cı ilin əvvəllərində ölkəmizdə yaranan özbaşnalıq, hərc-mərclik nəticəsində Böyük Vətən Müharibəsi iştirakçılarına vətən xaini damğası vurmağa, onları xalqın gözündən salmağa çalışanlar var idi. Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  veteranların haqqı özlərinə qaytarıldı və pozulmuş hüquqları bərpa olundu. İndi siz veteranlara dövlətinmiz tərfindən hər cür qayğı göstərilir. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları hər il Qələbə günü ərəfəsində siz veteranları, müharibədən qayıtmayanların dul arvadlarını, müharibə illərində arxa cəbhədə çalışan insanları mükafatlandır, onların yaşayış şəraiti və sağlamlığı ilə maraqlanır.
Sonra qeyd olunmuşdur ki, faşizm üzərində Qələbənin 70 illiyini qeyd etdiyimiz bu bayram günlərdə hər bir azərbaycanlını bir arzu, bir istək daha çox düşündürür. Gün o gün olsun ki, Qarabağ torpaqlarımızı düşmən tapdağından azad edək və həmin Qələbə üçün də belə bir bayram keçirək. Həmin gün uzaqda deyil.
Bayram tədbirində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəsi mayor Vüqar Mirzəyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Xanqulu Süleymanov və başqaları çıxış edərək veteranlara göstərilən diqqət və qayğıya görə dövlət  başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Yekunda Böyük Vətən Müharibəsi iştirakçılarına Qələbənin 70 illik yubiley medalları və Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər