Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxbəyli kənd uşaq bağçasında təmir işləri davam edir

14 may 2019 | 16:00

Son illər Qazaxda bütün sahələrlə yanaşı, daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də uşaqlarla bağlı sahədir. Rayon rəhbərinin körpə fidanlara olan sonsuz sevgisinin nəticəsidir ki, bu gün rayonda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları üçün hər cür şərait yaradılır. Bu istiqamətdə görülən işlərin ən bariz nümunəsi isə rayonda olan körpələr evi-uşaq bağçalarının əsaslı şəkildə təmir olunması və ya yaxud da yenidən qurulmasıdır. 
Son 3 ildə rayonda mövcud olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin əyani sübutudur. Şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalar sırasındadır.
Demək olar ki, bu il də bağça tikintisi və ya əsaslı təmir olunması istiqamətində görülən işlər uğurla davam etdirilir. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, xeyli vaxtdır təmir işləri aparılan uşaq bağçalarından biri də Qazaxbəyli kənd uşaq bağçasıdır.
Hazırda anbarda, dəhlizdə, həmçinin, əlavə olaraq tikilmiş mətbəxdə və sanitar qovşaqlarında kafel-metlax işləri görülür. Otaqlarda isə laminat vurulması işi yekunlaşmaq üzrədir. Bundan əlavə, bütün elektrik və su xətti çəkilib, istilik sisteminin çəkilişi isə davam edir. Həmçinin, bütün qapı və pəncərələr yenilənib. Pəncərələrin və binanın giriş qapısının kənarına aqlaydan haşiyələr vurulub. Bağçanın həyətində isə tamet döşənməsi üçün alt hissənin hazırlıq işləri aparılır. Dekorativ gül-çiçək əkilməsi üçün ayrılmış hissələr hazırlanır.
Onu da qeyd edək ki, bağça binasının dam örtüyü dəyişdirilib. Bağçanın ətrafına hasar çəkilərək suvanıb, işıqlanma sistemi quraşdırılıb. Dəmir məhəcərlər və giriş qapısı rənglənib.

Keçidlər