Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qazaxlı gənclər tərəfindən qeyd olunub

08 may 2019 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi və YAP Qazax rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Ulu öndərin adını daşıyan Mərkəzdə rayonda təhsil alan və çalışan fəal gənclərin iştirakı ilə keçirilən tədbirdə ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin ömür yoluna, həyat və fəaliyyətinə bir daha nəzər salınıb, xatirəsi anılıb.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova giriş sözü ilə çıxış edərək ulu öndərin həyat və fəaliyyətindən danışıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, həmçinin Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan söhbət açıb.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, YAP Qazax rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Bakı Dövlət Universiteti Qazax filialının sosial iş fakültəsinin II kurs tələbəsi Fəridə İsgəndərova və Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov öz çıxışlarında dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətini qeyd ediblər. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünyaya tanıdılmasında ulu öndərin müstəsna rolununun olduğunu diqqətə çatdırıblar. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin gənclər siyasəti sahəsində atdığı mühüm addımlardan, bu gün də bu siyasətin onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Keçidlər