Şriftin ölçüsü :

Saytın rəngi :

Gül bayramı və “Bakı-2015” I Avropa Oyunlarına hazırlıqla bağlı işlər davam etdirilir

06 may 2015 | 15:00

Ümumilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gül bayramına  və “Bakı-2015” I Avropa Oyunlarının məşəl qarşılama mərasiminə  hazırlıq işləri sürətlə davam etdirilir.
     Artıq bir neçə gündir ki, Qazax şəhərindəki Heydər Əliyev adına parkda, Heydər Əliyev adına prospekdə və digər küçə və meydanlarda yeni gül kollarının əkilməsi, gül dəstələrindən ibarət milli bəzək nümunlərinin yaradılması işləri aparılır. Bir neçə gün ərzində 30  minə yaxın yeni gül və gül kolları əkilmiş, buta, romb formalarında və müxtəlif rəngli güllərdən  gül-mozaikalar hazırlanmışdır. Şəhərdə bu istiqamətdə işlər davam edir. Əvvəlki illərdə olduğu kimi, bu il də gül bayramının daha yadda qalan və xoş əhval- ruhiyyədə keçməsi üçün xüsusi bayram proqramı hazırlanmışdır.
     Qazax şəhəri yaxın günlərdə Avropa Oyunlarının məşəlinin marşurut istiqaməti üzrə daha bir beynəlxalq tədbir iştirakçlarını qəbul etməyə hazırlaşır. Samux şəhərindən sonra may ayının 18 – də Qazaxda “Bakı-2015” I Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olacaqdır. Məşəlin qarşılanma mərasiminə hazırlıq işləri çərçivəsində Məşəldarların ilk yığıncağı keçirilmişdir. Burada onlar məşəl yürüşü haqqında məlumatlandırılmış və təlimatlandırılmışlar. Onlar bu şərəfli missiyanı yüksək səviyyədə həyata keçirəcəklərini söyləmişlər. Bundan başqa, rayon mərkəzində məşəlin keçəcəyi küçələrdə yenidənqurma, təmir və abadlıq işlərinə başlanılmışdır. Şəhərin Heydər Əliyev prospektində, Azadlıq, Vaqif, Bakı, N.Nərimanov, Ə.Şıxliniski və başqa küçələrində yeni asfalt qoyulması, kommunal evlərin dam örtüklərinin təzələnməsi, hasar və divarların rənglənməsi, küçələrdəki yaşıllıq zolaqlarına yeni bəzək və gül kollarının əkilməsi işləri sürətlə aparılır.
     Bayramlar ərəfəsində aparılan işlərin sürətli və keyfiyyətlə aparılmasına aidiyyatı qurumlar tərəfindən nəzarət edilir.

Keçidlər