Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxbəyli kənd uşaq bağçasında işlərin xeyli hissəsi görülüb

02 may 2019 | 16:00

Bu gün Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Uşaqlarla bağlı dövlət siyasətinin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Azərbaycan uşaqlarını ən əzizi, doğması hesab edərək demişdir: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır ”. Bəli, bu gün gənclərimiz, uşaqlarımız haqqında deyilmiş bu dəyərli fikirlər bu gün də öz real əksini tapır. Çünki ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən, ideyalarını yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayırlar.
Təqdirəlayiq hal isə odur ki, dövlətin uşaqlarla bağlı həyata keçirdiyi məqsədyönlü işlər təkcə paytaxt Bakını deyil, respublikamızın bütün bölgələrini əhatə edir. Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində əməli işlər görülür.
Son 3 ildə rayon rəhbərinin bu sahəni daim diqqət mərkəzində saxlaması, rayonda olan bağçaların tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması bu istiqamətində görülən işlərin əyani sübutudur. Uşaqlara olan sonsuz qayğının nəticəsidir ki, bu gün rayonda mövcud olan 25 uşaq bağçasından 17-si tam müasir standartlara cavab verən səviyyədədir. Şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçaların bariz nümunəsidir.
Ötən il olduğu kimi, bu il də bağça tikintisi və ya əsaslı təmir olunması istiqamətində görülən işlər uğurla həyata keçirilir. Artıq xeyli vaxtdır ki, təmirinə başlanılan uşaq bağçalarından biri də Qazaxbəyli kənd uşaq bağçasıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov uşaq bağçasında olub görülən işlərlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, hazırda əlavə olaraq tikilmiş mətbəxdə kafel-metlax işləri görülür. Otaqlarda isə üzlük vurulması işi yekunlaşmaq üzrədir. Bundan əlavə, bütün elektrik xətti çəkilib, istilik sisteminin çəkilişi isə davam edir. Həmçinin, bütün qapı və pəncərələr yenilənib. Pəncərələrin kənarına aqlaydan haşiyələr vurulub. Bağçanın həyətində isə tamet döşənməsi üçün alt hissənin hazırlıq işləri aparılır.
Onu da qeyd edək ki, bağça binasının dam örtüyü dəyişdirilib. Bağçanın ətrafına hasar çəkilərək suvanıb. 2 ədəd sanitar qovşağı yaradılıb.
Bağça müdiri Gözəl Allahverdiyeva çıxış edərək son illər rayonda, eləcə də Qazaxbəyli kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Bütün sahələrlə yanaşı, rayonda körpələrə olan qayğını və bağçanın təmir olunmasını kənd sakinlərinin də minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıb. Təmir işlərinin aparılmasına görə ölkə başçısına və rayon rəhbərliyinə işçilər, valideynlər, eləcə də bütün kənd sakinləri adından bir daha minnətdarlığını çatdırıb.
Görülən işlərlə tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.

Keçidlər