Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: icra hakimiyyətinin başçısı qanvermə aksiyasında iştirak etdi

18 aprel 2019 | 16:00

Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilmişdir. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında rayon icra hakimiyyəti başçısı aparatının, idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birgə aksiyanın keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinə gəlmiş və qan vermişdir.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə respublika səhiyyə nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə vətəndaşları müayinə etmiş və onlara lazımı məsləhətlər verdikdən sonra  aksiya baş tutmuşdur.
Qazaxda vaxtaşırı keçirilən qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkilliklə başa çatmışdır.      
Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 400 nəfərə yaxın rayon sakini müraciət etmiş və onların 151 nəfərindən qan götürülmüşdür.
 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri
18.04.2019-cu il

Keçidlər