Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

17 aprel 2019 | 16:00

Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən bütün işlərin kökündə vətəndaş amili dayanır. Son illər həyata keçirilən uğurlu layihələrin, tədbirlərin, imzalanan fərman və sərəncamların əsasını vətəndaşlar və onların qayğıları təşkil edir. Bu gün Qazaxda da vətəndaş mövqeyi daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə demək olar ki, rayon rəhbərinin iş fəaliyyətinin əsasında rayon sakinləri, onları narahat edən məsələlər və müsbət həll olunması üçün görülən işlər dayanır. Bunu həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan da aydın şəkildə görmək olar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Barxudarlı kənd sakini Əmiraslanov Ceyhun Ruslan oğlu onlara verilən aylıq müavinətin bərpa olunmasına köməklik olunmasını xahiş edib. Məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq izahat verilib.
Şəhər sakini Yusifova Xədicə İbrahim qızı mənzillə təmin olunması barədə müraciət edib. Vətəndaşa boş yer yaranan zaman məsələsinə baxılacağı bildirilib.
Şəhər sakini Məmmədrzayeva Adilə Sladdin qızı müraciətində işlədiyi bağçada dərəcəsinin aşağı düşməsi və aylıq əmək haqqının azalmasını qeyd edib. Vətəndaşa məsələnin araşdırılacağı bildirilib və bununla bağlı aidiyyəti şəxsə tapşırıq verilib.
Barxudarlı kənd sakini Musayeva Qəmər Mahir qızı işlə təmin olunması barədə müraciət edib. İxtisasına uyğun olaraq müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanda iştirak etməsi tövsiyə olunub.
Qazaxbəyli kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Yusubov Əlövsət Şahvələd oğlu xəstəliyi ilə əlaqədar göndəriş vərəqəsinin verilməsinə köməklik olunmasını qeyd edib. Vətəndaşa aidiyyəti üzrə müraciət etməsi bildirilib. Eyni zamanda, vətəndaşa köməklik olunması barədə aidiyyəti üzrə tapşırıq verilib.
Şəhər sakinləri Nəsibova Alisə Fərhad qızının, Məhərrəmova Əfsanə Artel qızının, Abdullayev Elşad Dövrüş oğlunun, Alpout kənd sakini Qurbanov Sənan Aqif oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər