Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar “Sınıq Körpü” Buraxılış Məntəqəsində yaradılan şəraitə görə razılıqlarını bildiriblər

16 aprel 2019 | 16:00

Ölkəmizin Qərb qapısı sayılan "Sınıq Körpü” Buraxılış Məntəqəsi burada yaradılan şəraiti, səliqə-səhmanı ilə göz oxşayır. Gürcüstanla sərhəddə yerləşən bu məntəqədən respublikamıza daxil olan və ya yola düşən qonaqlar ölkəmiz haqqında xoş təəssüratlarla ayrılırlar.
Bu gün Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə buraxılış məntəqəsində olub, sakinlərin rahatlığı üçün yaradılan şəraitlə, vətəndaşlara göstərilən xidmətlər və sakinlərin qayğıları ilə maraqlanıblar.
Bildirilib ki, rayon rəhbərliyinin tapşırığına əsasən Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb.Yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor çəkilib, həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt vurulub və sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda, işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib.
Rayon rəhbərliyi ilə səmimi görüşən sakinlər respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırıblar. Bildiriblər ki, buraxılış məntəqəsində abadlıq işlərinin aparılması bizi çox sevindirdi. Çünki ölkəmizə hər yerdən qonaqlar gəlir. Hər gün bu məntəqədən minlərlə insan keçir. Xaricdən gələn qonaqlar ilk dəfə bu göz oxşayan mənzərə ilə qarşılaşırlar ki, bu da onlarda ölkəmiz haqqında xoş təəssürat yaradır. Biz də bir qazaxlı kimi sevinirik ki, həmin qonaqlar burada aparılan abadlıq və quruculuq işlərini görüb ölkəmiz haqqında yüksək fikirlərlə ayrılırlar. Aparılan abadlıq işlərini, yaradılan səliqə-səhmanı yüksək qiymətləndirən sakinlər buna görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.
Sakinlərlə görüşən rayon rəhbəri məntəqə ərazisində bundan sonra da təmizliyə ciddi riayət olunması barədə tapşırıq və tövsiyələrini verib.

Keçidlər