Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Şahin” hərbi idman oyunlarının zona birinciliyi keçirilmişdir

23 aprel 2015 | 15:00

Qazax rayonunda “Şahin” hərbi idman oyunlarının zona birinciliyi yarışları keçirilmişdir. Yarışda 11 rayonun komandası iştirak etmişdir. Zona birinciliyi uğrunda Gəncə və Mingəçevir şəhərlərinin, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux, Kəlbəcər, Zaqatala, Gədəbəy və Daşkəsən rayonlarının komandaları mübarizə aparmışdır. Hər bir komandada VII-X sinif şagirdlərindən ibarət 14 nəfər şagird iştirak etmişdir.     Açılış mərasimində Gənclər və İdman Nazirliyinin məsul işçisi Altay Paşayev, Rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Orucov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev  və başqaları çıxış edərək “Şahin” hərbi idman oyunlarının əhəmiyyətindən danışmış və yarış iştirakçılarına uğurlar arzulamışlar.  Sonra birinciliyə start verilmişdir. Turnirin iştirakçıları olan komandalar hərbi paraddan keçmişlər. Sonra gənc Şahinçilər idmanın müxtəlif növlərində öz qüvvə və bacarıqlarını sınamışlar. Gərgin keçən idman mübarizəsi şəraitində Mingəçevir şəhərinin komandası yarışın qalibi olmuşdur. Ağstafa rayonu II, Şəmkir rayonu isə III yeri qazanmışdır. Qeyd edək ki, Mingəçevir şəhər və Ağstafa rayonun komandaları Respublika birinciliyinə iştirak etmək üçün vəsiqə qazanmışlar.     Qalib komandalara Gənclər və İdman Nazirliyinin diplomları,  Rayon Gənclər və İdman İdarəsinin kubokları verilmişdir.

Keçidlər