Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

18 fevral 2019 | 16:00

Ölkə başçısı İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da daim diqqət mərkəzində saxlanılır. Son iki il yarımda icra başçısının rayonda keçirdiyi fərdi qəbullar bir amala xidmət edir ki, onun da kökündə sakinlərin qayğıları, arzu və istəkləri, onları narahat edən məsələlər dayanır. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Yuxarı Əskipara kənd sakini İsayeva Kamilə Telman qızının sığınacaqla təmin olunması barədə istəyini dinləyən rayon rəhbəri məsələyə baxılacağını bildirib.
Şəhər sakini Hüseynov Cavid Hacı oğlunun, Yuxarı Əskipara kənd sakini Ömürova Yetər Ramiz qızının işlə təmin olunmaları barədə müraciətlərinə cavab olaraq müvafiq iş yerləri  təklif olunub və aidiyyəti üzrə tapşırıq verilib.
Kəmərli kənd sakini, təqaüdçü Fərruxov Nərman Fərrux oğlu isə oğlunun müalicəsinə köməklik olunmasını xahiş edib. Vətəndaşı diqqətlə dinləyən icra başçısı aidiyyəti üzrə müraciət etməsini bildirib. Müraciətə baxılması üçün aidiyyəti şəxslərə tapşırıq verib. Şəhər sakini, III qrup Qarabağ müharibəsi əlili Davidov Fikrət Gülalı oğlu istifadə etdiyi obyektin müqavilə müddətinin uzadılması ilə bağlı müraciət edib. Vətəndaşa rəsmi qaydada ərizə ilə müraciət etməsi tövsiyə olunub və istəyi ilə bağlı köməklik olunacağı bildirilib.
Quşçu Ayrım kənd sakini, şəhid ailəsi Talıbov Qədimalı Qiyas oğlunun, Aşağı Əskipara kənd sakini, I qrup gözdən əlil Alıyev Möhübbət Alı oğlunun, Ağköynək kənd sakini Mustafayev Ceyhun Babək oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər