Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlərimiz "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvanda olmuşlar

30 mart 2015 | 15:00

"Ölkəmizi Tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qazax rayonundan olan şagirdlər Novruz bayramı günlərində Naxçıvan Muxtar Respublikasında olmuşlar.  Tur-aksiya iştirakçıları 8 gün ərzində Naxçıvan Muxtar Respublikasının tarixi yerləri, mədəniyyət abidələri, adət-ənənələri, müstəqillik illərində əldə etdiyi  nailiyyətləri ilə tanış olmuşlar.
Ekskursiyaya yola düşən qrupun rəhbəri Gülayə Həsənova bildirmişdir ki, prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu aksiya ölkəmizin daha yaxından tanınmasında, Vətən torpağına məhəbbət hissinin artmasında  şagirdlərə böyük imkanlar yaratmışdır: "Bizim qrupda yer alan şagirdlər Naxçıvan Muxtar Respublikasına ilk dəfə idi ki, səfər edirdilər. Ekskursiya Proqramı üzrə çox maraqlı məkanlarla tanış olduq. Şagirdlər tur-aksiya çərçivəsində ölkəmizin tarixini daha dərindən öyrəndilər, zəngin məlumatlar əldə etdilər və yeni dostlar qazandılar".
Qeyd edək ki, Qərb bölgəsindən olan şagirdlərin Naxçıvana səfərləri iki qrupda olmaqla mart ayının 17-dən 24-dək davam etmişdir.

Keçidlər