Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir

30 dekabr 2014 | 16:00

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər həyata keçirilir. Şəhər və kəndlər bayramsayağı bəzədilmiş, idarə, müəssisə və təşkilatlarda, məktəblərdə və məktəbəqədər tərbiyyə müəssisələrində yolkalar bəzədilmiş, rayonda bayram günlərinin şən və maraqlı keçirilməsi üçün tədbirlər hazırlanmışdır.
    Həmin tədbirlər çərçivəsində Qazax şəhərinin mərkəzində möhtəşəm bayram şənliyi keçirilmişdir. Tədbir günü şəhərin mərkəzində bir neçə yerdə qurulmuş yolkaların ətrafında yüzlərlə rayon sakini, o cümlədən, ağsaqqallar və uşaqlar toplaşmışdır. Böyük bayram izdihamı var idi.
     Bayram şənliyini Rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini Fərman Nağdalıyev açaraq, 2014-cü ildə ölkəmizdə və Qazax rayonunda sosial- iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlar barədə şənlik iştirakçılarına məlumat verərək Ulu Öndər Heydər Əliyevin işləyib hazırlamış olduğu  siyasətin bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsi barədə geniş danışmışdır. Rayon sakinlərini bayram münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı, xoşbəxtlik və işlərində yeni- yeni uğurlar arzulamışdır. Sonra rayon sakinləri maraqlı çıxışlar etmişlər, ötən il əldə olunmuş uğurlardan və xalqımızın həmrəyliyindən danışmışlar.
    Bayram şənliyi rayon Mədəniyyət Mərkəzinin “Vurğun” insturumental ansamblının çıxışı ilə davam etmişdir. Ansamblın üzvlərinin ifa etdiyi musiqilər, mahnı və rəqslər bayram əhval- ruhiyyəsinə daha bir xoş ovqat qatmışdır.Həmin gün hər kəsin üzündə sevinc hissi var idi.
   Yeni ilin əsas atributları olan Şaxta baba və Qar qızın rayon sakinlərini şənliyə çağırması,  söylədikləri şeirlər və əhvalatlar şənlik iştirakçılarına unudulmaz anlar bəxş etmişdir.
     Bayramla əlaqədar aztəminatlı və imtiyazlı ailələrə, uşaqlara bayram hədiyyələri verilmişdir.
     Şənlik  gün ərzində davam etmiş və atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər