Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir çoxmənzilli binada işlərin xeyli hissəsi görülüb

15 noyabr 2018 | 16:00

Bu gün Qazaxda ölkə başçısının diqqət və qayğısı sayəsində reallaşan işlərdən biri də rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasıdır. Belə ki, rayonda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər daha geniş vüsət alıb. Prezident  İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bu il isə daha 47 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılıb, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evləri tikilib və yaxud da təmir olunub, bir binanın həyətində bu iş davam etdirilir.
Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamna əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsi rayon sakinlərinə göstərilən diqqət və qayğı deməkdir.
Şəhərin Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan binada, eləcə də N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı binada əsaslı şəkildə təmir işlərinin aparılması görülən işlərin yüksələn templə davam etməsindən xəbər veir. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ə.Şıxlinski küçəsində təmir olunan binada görülən işlərlə tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, binanın istər bloklarında, istərsə də xarici fasadında işlər paralel olaraq aparılır. Binanın blokları ilə yanaşı, xarici fasadında suvaq işləri aparılır. Elektrik xətləri səliqəyə salınır. Bloklarda üzlük vurulması işi demək olar ki, yekunlaşmaq üzrədir. Blokların giriş qapıları da qoyulub.
Qazaxda çoxmənzilli binalarda görülən işləri rayon sakinləri də yüksək qiymətləndirirlər. Respublikamızda, eləcə də rayonda görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.

 

Keçidlər